İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını elan edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İran və ABŞ arasında müharibəyə son qoyulmasına dair anlaşmanın 1-ci müddəasının yerinə yetirilməməsi, İsrail tərəfindən Livanın cənubunda atəşkəsin davamlı şəkildə pozulmasına reaksiya olaraq Hörmüz boğazı gəmilərin keçidi üçün bağlı olacaq.

Qeyd olunub ki, bu, qarşı tərəfin öz öhdəliyini yerinə yetirməməsinə ilk cavabdır. Atəşkəsin pozulması davam edərsə, öhdəliklərin yerinə yetirilməsi üçün növbəti addımlar atılacaq.

ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.