Bakıda "Kontakt Home" mağazalar şəbəkəsinin "Sahil" filialında satıci işləyən həyat yoldaşını öldürməyə cəhd edən Fəxrəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilib.
"Mən burda deyildim xaricdə olurdum. Yoldaşımın universitetdə oxumağına icaze verdim. Mənə xəbər çatdı ki, onun qohumu ilə əlaqələri vardı. "Kontakt Home"da işləyirdi. Mən gəldim Bakıya, atası gilə xəbər göndərdim ki, qızınızla bağlı belə bir məsələ var. Atası bir dəfə olsun ki, bu məsələ ilə bağlı maraqlanmadı. Yoldaşımın qohumunu tapıb onun söhbət etdim və bu məsələni aydınlaşdırdım. O, isə ağlayıb mənə yalvarmağa başladı ki bu məsələdən xəbəri yoxdu. Artıq onun ağlamağından tutdum ki, yalan danışır və bu işdə əli var".
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu məsələyə görə cütlük arasında soyuq münasibətlər yaranıb və ailə rəsmi boşanıb.
Hətta onlar boşanana qədər bir neçə dəfə ailədaxili mübahisələrinə görə polis bölməsində də olublar.
Sonuncu dəfə hadisədən bir gün əvvəl onların arasında olan mübahisəyə səbəb Fəxrəddin Quliyevin 5 yaşlı övladını görmək istəsə də ona imkan yaradılmaması olub. Belə ki, bir gün sonra Fəxrəddin Quliyev keçmiş həyat yoldaşının iş yerinə gəlib.
"Hadisə günü gəldim onun işlədiyi mağazaya gəldim. Müdir dedi ki, burda deyil harasa gedib, yəqin nahardadır. Gedib bayırda axtardım tapa bilmədim, yenidən qayıtdım mağazaya məni görən kimi qaçmağa başladı. Özümdən asılı olmayaraq, qaçıb tutdum onu bıçaq zərbələrı endirdim".
Prosesdə məlum olub ki, Fəxrəddin Quliyev keçmiş həyat yoldaşı Leyla Quliyevaya 14 bıçaq zərbəsi endirib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Səbael rayonu ərazisində yerləşən "Kontakt Home" mağazalar şəbəkəsinin "Sahil" filialında baş verib. 1992 ci il təvəllüdlü Fəxrəddin Quliyev mübahisə zəminində keçmiş həyat yoldaşı 1995-ci il təvəllüdlü Leyla Quliyevaya çoxsaylı bıçaq zərbələri endirərək ona ağır xəsarətlər yetirib.
Leyla Quliyev xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.
Fəxrəddin Quliyevə qarşı isə Cinayət Məcəlləsinin 29,120.2.4 cü (xüsüsi amansizlıqla qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi açılıb.
Orxan Rasifoğlu








.jpg)



















.jpeg)
.jpeg)






















