Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (AB) 27 üzv dövlətdən 40-a qədər genişləndirilməsini və həmçinin Kanadanın da daxil edilməsini təklif edib.
"Unikal" xəbər verir ki, onun çıxışları CNBC tərəfindən yayımlanıb.
"Kanadanın ABŞ-nin 51-ci ştatı olmaq əvəzinə, 28-ci Aİ üzvü olması əla olmazdımı?", - deyə o bildirib.
Stubb hesab edir ki , Avropa Birliyi "böyük düşünməli" və beynəlxalq səhnədə özünü təsdiqləməlidir. O, Türkiyəni, keçmiş Yuqoslaviyanı, Albaniyanı, Norveçi, İslandiyanı, Ukraynanı, Moldovanı və Gürcüstanı Aİ üzvlüyünə potensial namizədlər kimi adlandırıb.
Gülayə Mecid









































.jpg)



.jpg)


.jpg)









