9 İyun - Beynəlxalq Arxivlər Günü Ağstafada qeyd olunub
"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, Ağstafa Rayon Dövlət Arxivinin əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, arxivlər yaddaşları qoruyan, eyni zamanda, gələcəyə ötürən ən mühüm institutlardan biridir. 1948-ci il iyunun 9-da UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Arxivlər Şurası yaradılmış, 2007-ci ildə isə həmin günün Beynəlxalq Arxivlər Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Öz növbəsində Azərbaycan da zəngin arxiv ənənələrinə malik ölkələr sırasındadır. Milli Arxiv Fondu dövlətçiliyin inkişaf mərhələlərini, xalqımızın siyasi, iqtisadi və mədəni həyatını əks etdirən əvəzsiz mənbədir. Xüsusilə son illərdə arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi və tarixi mənbələrin ictimaiyyət üçün daha əlçatan olması istiqamətində dövlətimiz tərəfindən bütün mühüm addımlar atılır.
RİH başçısı Ağstafa Rayon Dövlət Arxivinin müdiri Pərvin Hacıyevi rayonunun ictimai-siyasi həyatında fərqləndiyinə görə müvafiq Fəxri Fərmanla təltif edib.


































.jpg)



.jpg)


.jpg)















