Britaniya məhkəməsi bir kişini qadının saçından dartdığına görə ictimai işlərə məhkum edib.

"Unikal" xəbər verir ki, David Stroud, Böyük Britaniyada 1 aprel 2026-cı ildə qüvvəyə minən yeni ictimai cinsi təcavüz qanununa əsasən məhkum edilən ilk şəxs kimi tarixə düşüb.

Məhkəmənin məlumatına görə, Stroud qatarda "daim qadına söykənib", ona iltifat edib, sonra saçından dartıb. O, stansiyaya çatan kimi dərhal həbs edilib. Həbsdə olarkən polisə davranışının "sadəcə bir zarafat" olduğunu deyib.

Məhkəmə Stroudu 12 ay ictimai işlərə məhkum edib.

Prokuror Jennifer MakDouell bildirib ki, Davidin "əvvəlcə "zarafat" hesab etdiyi şey əslində cinayət idi".