Gəncədə dava zamanı 23 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.
"Unikal"ın məlumatına görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. İsmayılov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
*** 19:44
Gəncədə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaqlanma diaqnozu ilə, 2012-ci il təvəllüdü R.İsmayılova,1984-cü il təvəllüdlü S.Hüseynova, 1985-ci il təvəllüdlü A.İsmayılova döyülmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Bıçaq xəsarəti alan İ.Məmmədova dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Digər xəsarət alan 3 qadına da ilkin yardım edilib.
Məlumata görə, İ.Məmmədov qız qaçırmaq istəyən zaman ailələr arasında dava düşüb. Bu zaman 3 qadın da döyülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov









































.jpg)



.jpg)


.jpg)









