Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilənlərin növbəti məhkəmə iclası keçirilib.

“Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlişir Əliyev hakim və prokurorun suallarını cavablandırıb.

Əlişir Əliyev digər təqsirləndirilən İntiqam Kərimovu ilk dəfə Baş Prokurirluğda dindirilərkən gördüyünü deyib.

"Sənədləri imzalayan komissiya üzvləri 5 nəfər olub. Əslində həmin komissiya üzvlərindən bir nəfər imza etməsəydi həmin sənədlər qəbul ola bilməzdi. Amma belə görünür ki, bütün sənədlər mən tək imzalamışam və mənim də imzaladığım 88 saylı formalar bütünlüklə qəbil olunub. Qabil Quliyevə gəlincə isə onun ailəsi bütünlüklə tanıýıram,din iman əhlidir. Özü də ürək xəstəsidir onu özüm tapşırmışam ki, o gələndə onu növbəsiz qəbul etsinlər. Ondan hər hansı bir təmənna güdməmişəm. Ümümiyyətlə rüşvət anlayışı mənə yad bir anlayışdır. Kimsə deyə bilməz ki,mənə bir qəpik pul verib".

Digər təqsirləndirilən Qabil Quliyevdə təqsirləndifilən həkimin dediklərini təsdiq edərək ona hər hansı məbləğdə rüsvət vermədiyini,təmənnasız onun sənədlərini qeydiyyata aldığını deyib.

Məhkəmənin növbəti prosesi mayın 6- na təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət Komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanilılıb.

İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim Məsləhət Komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri  seçilib.

Orxan Rasifoğlu