"Unibank" müəllimləri, həkimləri və bank əməkdaşlarını bir kampaniyada birləşdirib.

"Unikal" xəbər verir ki, bankın yeni kampaniyası məhz bu peşə sahibləri üçündür. İndi “Unibank”da təhsil, səhiyyə və bank sektorunun əməkdaşları üçün nağd kredit 0 % komissiyalıdır və üstəlik illik faiz dərəcəsinə 7 %-dək endirim var. 

Digər bankdakı kreditlərini “Unibank”a gətirən bu peşə sahibləri, aprelin sonunadək 70 000 manatadək nağd krediti komissiyasız əldə edəcəklər. Qeyd edək ki, “Unibank”da  nağd kreditlər illik 9%-dən başlayır. Krediti bank filiallarına gələrək, yaxud onlayn formada sifarişlə əldə edə bilərsiniz.

Kampaniya müddətində “Unibank”da nağd kredit şərtləri belədir:  

  • Komissiya 0 %;

  • illik faiz dərəcəsinə 7 %-dək endirim;

  • illik 9%-dən başlayan faizlə kredit;

  • 70 000 AZN-dək məbləğ;

  • zamin tələbi yoxdur;

  • 60 ayadək ödəniş müddəti;

  • sürətli və rahat rəsmiləşdirmə;

  • müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

"Unibank" - Sənin Bankın!