Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişlər.

"Unikal" xəbər verir ki, abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

***10:26

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət edib.

"Unikal"ın məlumatına görə, DTX rəisi faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzüb.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Turqut Sultan

image