Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev nazirlik daxili yerdəyişmə qaydalarına əsasən digər məsul vəzifəyə təyin olunub.

Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.

Murad İbrahimli