20.02.2026-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Hüseynov Rafiq Hüseyn oğlunun dəfn mərasimi baş tutub.
"Unikal" xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 16 aprel 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. O, 15 iyun 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
***10:48
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.
"Unikal"ın məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb.
Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonu, Sırxavənd kənsi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

