“Bu dəyişiklik ölkəyə investisiya qoyuluşuna ciddi şəkildə problemlər yaradacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “İnvestisiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübədən o zaman istifadə edə bilərik ki, o, bizim Konstitusiya ilə ziddiyyət təşkil etməsin.

"Son illər biz görürük ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalır, ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlər arasında nisbət bizim ziyanımızadır, yəni disbalans mövcuddur. Bunu da nəzərə almalıyıq. Bu qanunu qəbul etməklə biz daha çox qapanmış oluruq. Biz bununla güclü iqtisadiyyat qurulmasına ciddi şəkildə maneə yaratmış oluruq. Ona görə xahiş edirəm ki, növbəti iclasa bu qanunvericilik təşəbbüsü ilə çıxış edən icra hakimiyyətinin nümayəndələri dəvət olunsunlar. Onlar gəlsinlər və bizə daha ətraflı məlumat versinlər ki, məsələn, hansı sahələri onlar özəlləşdirə bilərlər”.

Anar Kəlbiyev