Gəncə  şəhər sakini Rusiya-Ukrayna müharibəsində həlak olub. 

"Unikal" xəbər verir ki, Gəncə şəhərində anadan olmuş Rusiyada yaşayan 1985-ci il təvəllüdlü Ramin Məmmedov bir neçə ay bundan əvvəl Rusiya-Ukrayna arasında gedən şiddətli döyüşlərə qatılıb. O, bir neçə gün sonra həlak olub.

Məlumata görə, mərhum uşaqlıqdan Rusiyada yaşayırmış. 41 yaşlı Ramin Məmmədov subay olub, nəşi bu gecə Gəncə şəhərinə gətirilib.

Mərhum bu gün Gəncədə dəfn ediləcək.

İlkin məlumata görə mərhum işlədiyi müəssədən məcburi  aparılıb.

Tural Əhmədov