Bu gün mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başladığna dair məlumat yayılıb. Yayılan məlumatda AAYDA İdarə Heyətinin sədrinin müşaviri Əflatun Qasımovun işdən çıxarıldığı bildirilir.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Unikal"a açıqlamasında bildirib ki, yayılan xəbərlər əsassızdır:

"Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir", - deyə o əlavə edib.

Seymur Əli