Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.

*** 19:38

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

"Unikal" Manset.az-a istinadən xəbər verir ki, o Türkiyədə vəfat edib.

Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.

Qeyd edək ki, Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi.