Son günlərdə mətbuatda deputatların sayının artırılması ilə bağlı müzakirələr gedir.
"Unikal" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov maraqlı təkliflə çıxış edib. O, müzakirələrin əksinə, Azərbaycanda deputatların sayının azaldılmasını təklif edib:
"Deputatların sayı barədə müzakirələrə qoşularaq təklif edirəm ki, onların sayı heç olmasa 25-dək (15-dək də olar) endirilsin. Bununla həm dövlət büdcəsi (maaş, ezamiyyə və s.), həm də Dövlət Sosial Müdafiə Fondu (pensiyalar) xeyli qənaət etmiş olar.
Azsaylı deputatlara o boyda bina da lazım olmayacaq. Onlara, məsələn, “Port Baku”da bir mərtəbə ayırmaq olar, icarə hüququ ilə. İndiki binadan isə daha səmərəli istifadə etmək olar. İki təklifim var. İdealist təklifim: oranı parlamentari muzeyi etmək olar. Materialist təklifim: yerində çoxmərtəbəli yaşayış binası və ticarət mərkəzi tikmək olar", - deyə Ə.Həsənov əlavə edib.
