Yaponiyanın şimal bölgələrində və Yapon dənizi sahillərində yağan güclü qar insanların həyatına son qoyub. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yanvarın 20-dən indiyənədək 42 nəfər ölüb,  ümumillikdə qış mövsümünün əvvəlindən bəri qarla əlaqədar həlak olanların sayı 65 nəfərdir. Qar yağması nəticəsində 444 nəfər xəsarət alıb, onlardan 156-nın vəziyyəti ağırdır.

Güclü qar bir sıra prefekturalarda davam edir.