Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

 Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. 

Qeyd olunur ki,  müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir.

***17:05

Gəncədə kanalizasiya xətti partlayıb.

"Unikal"ın məlumatına görə,  kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman anidən partlayış qeydə alınıb. Bu zaman 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyatı qurumlara əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov