ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Venesueladakından daha çətin olacağını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən yazır. 

Qeyd olunur ki, Tehranın hərbi imkanları səbəbindən İranla bağlı vəziyyət ABŞ üçün mürəkkəbdir.  Kanalın məlumatına görə, İran rəsmiləri amerikalılarla danışıqlar aparmayıb, Venesuela rəsmiləri isə Karakasdakı əməliyyatdan əvvəl Tramp administrasiyası ilə əlaqə saxlayıblar.

Bundan əvvəl Tramp böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.

Gülayə Mecid