Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən altı nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Türkiyədə hərbi-sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan, eləcə də İran vətəndaşı da daxil olmaqla altı nəfər "siyasi və ya hərbi məqsədlər üçün casusluq məqsədilə dövlət sirri ehtiva edən məlumatları əldə etmək" ittihamı ilə saxlanılıb.
*** 14:51
Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis əməliyyat keçirib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, MİT və Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İran kəşfiyyatı adına casusluq fəaliyyəti göstərdiyi müəyyən edilən 6 şübhəli saxlanılıb.
Şübhəlilərin hərbi obyektlər, o cümlədən Adanada yerləşən İncirlik Hava Bazası ilə bağlı kəşfiyyat məlumatları topladıqları bildirilib.
Ayxanım Məlikova
