“Sumqayıt” FK heyətini yeni futbolçu ilə gücləndirir.

"Unikal" idman.biz-ə istinadən xəbər verir ki, “Sumqayıt”ın bir müddət öncə Ukrayna “Polissya”sından icarəyə götürdüyü 24 yaşlı yarımmüdafiəçi Emil Mustafayev komandaya qoşulur.

Məlumata görə, o, sabah Türkiyədə “Sumqayıt”ın Antalya düşərgəsindəki məşqlərinə qatılacaq.

Qeyd edək ki, Emil Mustafayev karyerasına Ukraynanın “Oleksandriya” klubunda başlayıb və oradan “Polissya”ya keçib.