MLS təmsilçisi "Inter Miami"nin formasını geyinən 38 yaşlı argentinalı futbolçu Lionel Messi gələcək karyera planları ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Argentinada yayımlanan LUZU TV kanalına danışan dünya ulduzu, futbolçu karyerasını başa vurduqdan sonra hansı sahədə fəaliyyət göstərmək istədiyini ilk dəfə açıqlayıb.
Məşqçi olmaq istəmədiyini açıq şəkildə ifadə edən Messi, "Dürüst olmaq lazımdırsa, özümü texniki direktor kimi görmürəm. Texniki direktor olmaq fikrini sevirəm, amma seçim etməli olsam, klub sahibi olmağı üstün tutaram", - deyib.
Sözlərinə davam edən argentinalı ulduz qeyd edib ki, onu ən çox həyəcanlandıran ideya öz klubuna sahib olmaqdır:
"Öz klubuma sahib olmaq və onu ən aşağı səviyyədən başlayaraq inkişaf etdirmək, gənc futbolçulara və digər insanlara irəliləmək və önəmli nələrsə bacarmaq fürsəti vermək istəyirəm. Məni ən çox cəlb edən məhz budur".
Gülayə Mecid
