Futbol üzrə İspaniya Superkubokunda yarımfinalın ilk oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Barselona" finala gedən yolda "Atletik"lə qarşılaşıb.
Səudiyyə Ərəbistanında reallaşan görüş Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.
“Barselona” həlledici görüşdə "Real Madrid” və "Atletiko" komandaları arasında bu gün keçiriləcək matçın qalibi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turnirin final oyunu yanvarın 11-də baş tutacaq.
