Azərbaycan öz qoşunlarının Qəzzaya yerləşdirilməsini istisna edir. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin X hesabında paylaşım edilib. 

Xidmətin paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə sitatı yer alıb: "İlham Əliyev bildirib ki, Azərbaycan Qəzzaya da daxil olmaqla xaricə qoşun göndərməyəcək və heç bir beynəlxalq sülhməramlı qüvvədə rol oynamayacaq.

Bakı Tramp administrasiyası ilə müzakirələri təsdiqləyib, lakin açıq şəkildə bildirib: Sülhməramlı qüvvələrdə iştirak nəzərdə tutulmur".

 "Mossad"ın bildirdiyinə görə, bu şərhlər ABŞ-nin rəhbərliyi altında Qəzza sülh planı ilə bağlı təklif olunan Beynəlxalq Sabitləşdirmə Qüvvələri ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səsləndirilib.

Ağarza Elçinoğlu