Türkiyənin “Beşiktaş” komandası qapıçısı Mərt Günokla yollarını ayırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Türkiyə millisinin üzvü 2021-ci ildən “qara qartallar”ın heyətində çıxış edirdi.

Mərt Günok karyerasını sabiq komandası “Fənərbağça”da davam etdirəcək. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.