"Çelsi" qış transfer pəncərəsi zamanı heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İstanbul nəhənginin əsas hədəfi "Çelsi"də çıxış edən Filip Yörgensendir. "Qara qartallar" danimarkalı qolkiper üçün London klubuna 1,5 illik icarəyə götürmək təklifi göndərib. "Mavilər" bu təklifə hələ ki cavab verməyib.
Qeyd edək ki, "Çelsi" Filip Yörgenseni 2024-cü ilin yayında "Vilyarreal"dan transfer edib.
