Kiprin “Pafos” komandası baş məşqçisi Xuan Karlos Karsedo ilə yollarını ayırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

Komanda 52 yaşlı çalışdırıcının rəhbərliyi altında bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

“Pafos” turnirdə 6 oyundan sonra 6 xalla 26-cı pillədə qərarlaşıb. Komandanın növbəti mərhələyə yüksəlmək şansı var.