Türkiyənin “Qaziantep” komandası futbolçusu Badu Ndiaye ilə yollarını ayırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, seneqallı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

35 yaşlı oyunçu 2024-cü ildən “Qaziantep”in formasını geyinirdi.

Qeyd edək ki, Badu Ndiaye vaxtilə “Qalatasaray”da çıxış edib.