Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

"Unikal" xəbər verir ki, ötən gün Mərakeş millisi Tanzaniyanı 1:0 hesabı ilə üstələyib və adını 1/4 finala yazdırıb.

Kamerun yığması isə Cənubi Afrika Respublikasını 2:1 hesabı ilə məğlub edib. Bununla da komanda növbəti raunda yüksəlib.

Daha əvvəl Seneqal və Mali 1/4 finala vəsiqə qazanıb.