Tacikistan və Əfqanıstan sərhədində Tacikistan sərhədçiləri ilə terrorçular arasında silahlı toqquşma baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, dekabrın 24-ü gecəsi Əfqanıstanla həmsərhəd olan Xatlon bölgəsində üç terrorçu Tacikistana daxil olub. Nəticədə sərhəddə atışma baş verib, hər üç silahlı öldürülüb, iki Tacikistan sərhədçisi də həlak olub.
Dövlət Milli Təhlükəsizlik Komitəsi vurğulayır ki, bu, son bir ayda Əfqanıstan-Tacikistan sərhədinin keçməsi və sonradan mülki şəxslərin və hərbçilərin ölümü ilə nəticələnən hücumla bağlı üçüncü belə hadisədir.
Tacikistan hazırda sərhəddəki vəziyyəti sakit kimi qiymətləndirir. Hadisə ilə bağlı araşdırma aparılır.
***10:09
Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, insidentdə iki zabit həlak olub.
Gülayə Mecid
