"Bu günə kimi 70-dən çox Əfv Sərəncamı imzalanıb və bununla birgə 13 amnistiya aktı icra olunub. Hazırkı Amnistiya aktı təxminən 20 min nəfəri əhatə edir".

"Unikal" xəbər verir ki, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov deyib.

"Bundan əvvəlki amnistiya aktı 8 noyabr Zəfər günü ilə əlaqədər həyata keçirilib. Bu amnistiya aktına təsir dairəsinə 17 min nəfər düşüb. Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq", - deyə general bildirib.

Anar Kəlbiyev