Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana gedən tədarükü Ağstafadan Gürcüstana yola salınıb.

"Unikal" xəbər verir ki, Bakı Yük Stansiyasından yola düşən qatar gecə saatlarında Böyük Kəsik stansiyasına daxil olub.

Qatar stansiyada yoxlanılandan sonra Gürcüstana, daha sonra Ermənistana gedəcək.

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyasından yola salınmşdı

***

Azərbaycandan Ermənistana gedən neft məhsullarının ilk partiyası Ağstafaya daxil olub.

"Unikal"ın məlumatına görə,  Bakı Yük Stansiyasından yol düşən  qatar  gecə saatlarında Böyük Kəsik stansiyasına çatıb. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı stansiyada yoxlanıldıqdan sonra Gürcüstana, oradan isə Ermənistana gedəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir. 18 dekabr tarixində Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Tural Əhmədov