Bu il təşkil olunan "GQ Men of The Year 2025" gecəsinə damğa vuran əsas isim “Uzak Şehir” serialının ulduzu Sinem Ünsal olub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa qırmızı xalçada zərif görünüşü ilə bütün diqqətləri üzərinə cəmləyib və gecənin ən prestijli mükafatlarından biri olan “İlin qadını” adına layiq görülüb.

Sinem mərasimə hazırlaşmasının 5 saat çəkdiyini bildirib. Gecə boyunca aktrisaya sevgilisi Berk Cankat da müşayiət edib.

"GQ Men of The Year 2025" mükafatını alan digər məşhurlar aşağıdakılardır:

    •    İlin qadını - Sinem Ünsal
    •    İlin aktyoru -  Mert Yazıcıoğlu
    •    İlin parlayan ulduzu - Burak Dakak
    •    İlin hype mükafatı: Emirhan Çakal
    •    İlin Beynəlxalq Müvəffəqiyyət Mükafatı - Aras Aydın
    •    İlin Üstün Uğur Mükafatı - Serkan Çayoğlu
    •    "Zamansızlıq" Mükafatı: Okan Bayülgen 
    •    İlin musiqi adamı: Edis
    •    İlin şefi - Bahtiyar Büyükduman
    •    İlin tərz adamı- Rafael Cemo Çetin
    •    İlin idman adamı -  Victor Osimhen

Gecənin aparıcılığını Erkan Kolçak Köstendil və Şükran Ovalı edib. Tədbir həm səhnə çıxışları, həm də qırmızı xalının parıltılı görüntüləri ilə bu ilin ən çox danışılan şou-biznes gecələrindən birinə çevrilib.