11.12.2025-ci il tarixində saat 00:10 radələrində 1996-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, döş qəfəsinin çoxsaylı açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
*** 09:08
Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Məmmədova və V. İsmayılova kesici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
10 noyabr, saat 23:26
Goranboyda 29 yaşlı kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Azad kəndində baş verib. Kənd sakini - 1996-cı il təvəllüdlü A.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, A.Məmmədov qonşusu - 2003-cü il təvəllüdlü İ.Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
