"Əl-Əhli" futbol klubunun və İngiltərə millisinin hücumçusu İvan Toney London barlarından birində bir adamı başını vurmaqda şübhəli bilinərək həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb. 

Məlumata görə, hadisə insanlardan birinin futbolçu ilə "selfie" çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verib. Futbolçu buna yumruqla cavab verib. Daha sonra zərərçəkən həkimə müraciət edib. Ona burnunun sınığı diaqnozu qoyulub.

29 yaşlı Toney 2024-cü ilin avqustunda "Əl-Əhli"yə keçib. İngilis hücumçu bu mövsüm 18 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ağarza Elçinoğlu