Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Hacılı kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənibər.
Hər iki şəxs hadisə yeirndə həyatlarını itiriblər. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb. olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
