Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru dövlət çevrilişinə cəhd etdiyinə görə 27 illik həbs cəzasını çəkməyə başlayıb.

"Unikal" xəbər verir ki, Bolsonarunun vəkilləri 2022-ci ildə seçilmiş prezident Luis İnasio Lula da Silvanı devirmək planı ilə bağlı məhkum edildikdən sonra yekun apellyasiya şikayəti verməkdən imtina ediblər. Bu əsasda hakim Moraes hökmü qüvvədə saxlayaraq keçmiş prezidenti əlavə apellyasiya hüququndan məhrum edib.

Bolsonaru paytaxt Braziliyada lehimləmə dəmiri ilə elektron qolbağı açmağa cəhd etdiyinə görə federal polis nəzarətində saxlanılır.