"Rusiya və Ukrayna arasında İstanbulda danışıqlar Kiyevin təşəbbüsü ilə dayandırılıb, lakin hazırda Ukrayna və Amerika tərəfləri arasında iş gedir".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, müzakirələr ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planı layihəsi əsasında aparılır. Peskov həmçinin qeyd edib ki, Rusiya Moskva ilə Kiyev arasında danışıqlar prosesinin bərpası üçün şərait yaratmağa hazır olduğuna görə Türkiyəyə minnətdarlığını bildirir.
Gülayə Mecid
