Almaniyanın Köln şəhərindən Rumıniyanın Buxarest şəhərinə uçan təyyarəyə gecikən iki rumın sərnişin layneri dayandırmağa cəhd edib.
"Unikal" xəbər verir ki, 28 və 47 yaşlı iki kişi əllərini yelləyərək təyyarəni dayandırmağa çalışıblar. Onların qəfildən uçuş-enmə zolağında peyda olmaları səbəbindən uçuş təxirə salınıb.
Polis Hava Təhlükəsizliyi Qanununu pozduqlarına görə iki şəxsə qarşı qanuni tədbirlər görüldüyünü və hadisənin araşdırıldığını açıqlayıb.
Gecikmiş təyyarə Buxarestdə eniş edib.
