“National Geographic”in 2025-ci ilin fotolarını təqdim edib. 

"Unikal" xəbər verir ki, müxtəlif fotoqraflar tərəfindən çəkilmiş minlərlə şəkillər arasından 23 foto seçilib. 

“National Geographic” qeyd edir, sözügedən şəkillər insanı təsirləndirən və ruhlandıran sənət əsərləridir.  

Fotolar arasında Hindistanda milyonlarla zəvvarın toplandığı Mahakumbh Meladan tutmuş Cənubi Sudanda 6 milyon antilopun rekordmiqyaslı köçü, İraqdakı qədim Məndai dini ayinləri, Braziliyada meşələrdə qalan son yaquarlar, Ukraynada müharibədən qaçan ailələr, Arktikada buzlar arasında qida axtaran ayılar kimi təsirli hekayələr yer alır.