Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında  və yaşayış məntəqələrində vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

"Unikal" xəbər verir ki, bu məqsədlə, RİH inzibati binasında,  icra başçısı Məhərrəm Quliyev aidiyyatı məsul şəxslərin iştirakı ilə nöbvəti qəbul keçirib.

Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyatı üzrə tapşırıq və tövsiyyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyatı üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edilib.