Gəncə sakinini bıçaqlayan şəxs tutulub.
"Unikal"ın məlumatına görə, 40 yaşlı Rövşən Vəliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Məhəmməd Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır
***
12 noyabr, saat 18:50
Gəncədə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bayan küçəsi ərazisində qeydə alınıb. Belə ki şəhər sakini 1985-ci il təvəllüdlü R.Vəliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onun hansı şəraitdə bıçaq yarası alması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
