Lionel Messi "İnter Mayami" ilə müqavilənin müddətini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə klub "X" sosial şəbəkə hesabında məlumat verib.

Yeni müqaviləyə əsasən, argentinalı ulduz 2028-ci ilədək Florida təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyan Messi klubla indiyədək 82 oyun keçirib və 71 qol vurub.