İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilməkdədir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 2021-2025-ci illərdə 21,6 milyard manat vəsait ayrılıb.

A.Bayramov qeyd edib ki, bizim 2018-ci ildə xarici borcumuz 8.9 milyard dollar idisə, onu 45% azaldıb 4.9 milyard dollar səviyyəsinə çatdıra bilmişik: "Son 20 ildə ölkənin icmal büdcə gəlirləri 14 dəfə, xərcləri isə 17 dəfədən çox artıb. Bu dövrdə adambaşına düşən büdcə xərcləri 14 dəfədən çox artıb. Əvvəl dövlət borcunun 89%-i xarici, 11% -i isə daxili borc idi. Ancaq indi dövlət borcunun  67%-i daxili, 32-33% isə xarici borc hesabına formalaşan borcdur. Bu isə iqtisadi suverenliyin əsas göstəricisidir”.

Anar Kəlbiyev