İngiltərənin "Nottinqem Forest" komandası yeni baş məşqçisinin adını açıqlayıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Şon Dayç gətirilib.

Mütəxəssis Premyer Liqanın VIII turunda "Çelsi"yə 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Ange Postekoqlunu əvəzləyib.

Xatırladaq ki, Ş.Dayç son olaraq digər Premyer Liqanın digər təmsilçisi "Everton"a rəhbərlik edib.