Futbol üzrə İsveç millisinin yeni baş məşqçisi müəyyənləşib.
"Unikal" İsveç Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, bu posta Qrem Potter gətirilib.
O, yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrindən sonra istefaya göndərilən Yon Dal Tomassonu əvəzləyib.
Qeyd edək ki, Qrem Potter daha əvvəl İngiltərənin "Çelsi", “Vest Hem” və “Brayton” klublarında çalışıb.









.jpg)




.jpg)

.jpg)

























