"Şükürlər olsun ki, qələbə qazandıq, azarkeşlərimizi sevindirdik. Çətin oyun olacağını bilirdik".

"Unikal" xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasında “Şamaxı”ya 4:1 hesabı ilə qalib gəldikləri oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbəni azarkeşlərə həsr etdiyini bildirib: "Bu stresdən, gərginlikdən çıxmağın yollarını axtarırdıq. İnanıram ki, bu, bir açar olacaq. Yaxşı formalaşmış komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Biz də təhlillərimizi aparmışdıq”.