"Amazon MGM Studios" ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında sənədli film çəkir.

"Unikal" xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Flmin premyerası 30 yanvar 2026-cı il tarixində planlaşdırılıb. Ekran işinin rejissoru məşhur “Rush Hour” (Saatlar) filminin müəllifi Brett Ratnerdir. 

Filn əvvəlcə kinoteatrlarda nümayiş olunacaq, daha sonra "Prime Video" striminq platformasında yayımlanacaq.