"Ben Afflekdən boşanmaq mənim üçün əlamətdar və hətta müsbət hadisə olub".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu dünyaşöhrətli müğənni Cennifer Lopez deyib.
56 yaşlı aktrisa bildirib ki, ayrılıq onu "dəyişdirib" və "lazım olan şəkildə inkişafına" kömək edib.
"Boşanma mənim başıma gələn ən yaxşı şeydir, çünki bu, mənə daha müstəqil və özünü dərk etməyə kömək etdi. İndi bir il yarım əvvəlkindən fərqli bir insanam. Hazırda həyatdan zövq alıram", - Lopez vurğulayıb.
Xatırladaq ki, Cennifer Lopez və aktyor Ben Afflek 18 illik münasibətlərindən sonra 2022-ci ildə ailə həyatı qurublar. Cütlük 2025-ci ildə rəsmi şəkildə boşanıblar.
Gülayə Mecid
