07.09.2025-ci il tarixində saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu haqda TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
7 sentyabr, saat 22:46
Şəmkirdə təcili yardım maşınının qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub.
"Unikal" xəbər verir ki, xəsarət alanlar Toma Ağayeva, İlham Əliyev və Rövşən Gülməmmədovdur.
*** 18:31
Şəmkirdə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Hərəkətdə olab təcili tibbi yardım avtomobili çağırışa gedən zaman minik maşınına arxadan çırpılıb.
Qəza zaman təcili tibbi yardım avtomobilinin sürücüsü, həkim və daha bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Tural Əhmədov
